Sabah saat 21:00-da DÇ-2026-nın seçmə mərhələsinin D qrupu üzrə növbəti oyunu çərçivəsində İslandiya və Azərbaycan komandaları qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, oyundan öncə rəqib komandanın baş məşqçisi Arnar Qunnleyqssonun mətbuat konfransı baş tutub. 52 yaşlı mütəxəssis matç barədə fikirlərini bölüşüb:

"Bizim üçün vacib oyundur. Pley-off şanslarını saxlamaq üçün sabah biz yaxşı nəticə verməliyik. Son oyunumuz Ukraynaya qarşı olacaq. Bakıda ilk dəfədir ki, oluruq. Yaxşı şəhərdir. Sabah ciddi rəqiblə qarşılaşacağıq".

O, ilk oyundakı Azərbaycan yığmasını və sabah qarşılaşacaqları yığmanı müqayisə edib:

"Azərbaycan eyni sistemi oynayır, daha istəkli və təşkil olunmuş komandadır. Müdafiə və hücumda, keçidlərdə, topa sahib olmada komanda irəliləyib, yaxşı oynayır. 5:0 hesablı ilk oyunda Azərbaycanın pis oynadığını deyirlər,  lakin biz daha yaxşı çıxış etdik. Azərbaycanın 5:0 uduzması gözlənilməz idi. Yeni futbolçularımız var, onlar təsir göstərmək istəyirlər. Növbəti oyunda bu komanda ilə Avropa çempionatının seçmə mərhələsində yaxşı performans göstərmək istəyirik".

Rəqib komandanın yarımmüdafiəçisi Hakon Arnar Haraldsson sabahkı oyun haqda bu sözləri deyib:

"Azərbaycan ilk oyundan sonra artırıb. Bizi sabah çətin oyun gözləyir. Bizim üçün çətin oyun olacaq. İlk oyunda böyükhesablı qələbə qazanmağımız əlavə motvasiya vermir".