Azərbaycan yığması Dünya Çempionatının seçmə mərhələsində səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında milli komandamızın baş məşqçisi Fernandu Santuş istefa verməyəcəyini açıqlayıb:
"Mənim Azərbaycan millisi ilə müqavilə müddətim davam edir. AFFA məni istefaya göndərmək istəsə, bu barədə danışa bilərik. Axı nəyə görə istefa verməliyəm?".



