"Qol vurmağa, qələbə qazanmağa çalışırdıq. Əvəzində qapımızda asan qollar gördük. Məğubiyyətin səbəbləri barədə konkret nəsə söyləyə bilmərəm. Oyunu komanda ilə birgə müzakirəyə çıxarmalı, analiz etməliyik".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov Haiti ilə yoldaşlıq görüşündən (0:3) sonra deyib.

Hücumçu fərqlənə bilmədiklərinə görə təəssüfləndiyini gizlətməyib: "Təbii ki, rəqibin qapısına yol tapa bilməməyimizə görə heyfslənirəm. Bunu görmək istəməzdim. Sadəcə, qol vura bilməməyimiz tək bir futbolçudan yox, komandadan asılıdır. Üzərimdə təzyiq hiss etmirəm. Mən hücumçuyam, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Mənim üçün qol vurmaq vacibdir".

Qeyd edək ki, R.Dadaşov Haiti ilə matçın 68-cı dəqiqəsində mübarizəyə qoşulub və heç nə ilə yadda qalmayıb.

BU DA MARAQLIDIR:

Mahir Emreli: "Nürnberq"dəki problem futbolla bağlı deyil"