"Nürnberq"də baş verənlərlə bağlı bir gün mütləq geniş açıqlama verəcəyəm. Yəqin ki, bu, yayda olacaq. Amma bir məqamı qeyd edim ki, söylənilənlərin çoxu həqiqəti əks etdirmir".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının və 1-ci Bundesliqada yarışan "Nürnberq"in futbolçusu Mahir Emreli deyib.

27 yaşlı hücumçu Almaniya klubunda yaşananlar haqda ətraflı danışmaq istəməsə də, məsələnin futbolla bağlı olmadığını söyləyib: "Nürnberq"dəki problem futbolla bağlı deyil. Başqa problemdir. Bunu da normal qəbul etmək lazımdır. Çünki futbol hazırda biznesə çevrilib. Mən sadəcə, sakitliyimi qorumalı, yaya qədər dözməli və həmin vaxt qərarımı verməliyəm".

Qeyd edək ki, Mahir Emreli "Nürnberq"ə ötən ilin yayında Zaqreb "Dinamo"sundan keçib. Həmvətənimiz 6 ay ərzində yeni klubunda 17 matça çıxıb, 4 qol vurub. 

BU DA MARAQLIDIR:

Millimizin üzvləri 0:3-ə görə belə üzr istədilər - VİDEO