Azərbaycan millisinin üzvü Renat Dadaşov zədəsini sağaltmaq üzrədir. 

Offsideplus.az xəbər verir ki, 25 yaşlı forvard bərpa prosesini başa vurub.

Məlumatı Türkiyə mətbuatı yayıb. Dadaşov artıq "Ankaragücü"nün heyətində məşqlərə başlayıb.

Paytaxt təmsilçisi Türkiyə I Liqasında səfərdə "Boluspor"la qarşılaşacaq. Hücumçumuzun bu görüşdə meydanda olması gözlənilir.

Qeyd edək ki, Renat Dadaşov "Yeni Malatyaspor"la oyunda zədələnmişdi. O, qasıq nahiyəsindən əməliyyat olunmuşdu.