Oktyabrın 4-də, saat 11:00-da AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
Offsideplus.az xəbər verir ki, tədbirdə yığmamızın Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Tallində Estoniya və oktyabrın 14-də Bakıda Slovakiya ilə oyunlar üçün heyəti açıqlanacaq.
Konfransa bütün media qurumları dəvətlidir.