Süni intellekt komandaların Millətlər Liqasında mərhələ adlamaq şanslarını dəyərləndirib və düşəcəklərini səbətləri müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, Fransa, İspaniya, Belçika, İngiltərə, İtaliya, Portuqaliya və Niderland kimi klublar 100%-lik göstərici ilə Millətlər Liqasında qrupdan çıxacaq və 1-ci səbətdə yer alacaq.
Azərbaycan millisinin isə 43-cü yerdə qərarlaşaraq, maksimum 4-cü səbətə düşməsi ehtimal olunub.
Qeyd edək ki, 2024-25 mövsümündən etibarən C Liqasında ən aşağıda 2 yeri tutan komandalar avtomatik aşağı liqaya düşəcək. A Liqasının 3-cü yerdə qərarlaşan komandaları B Liqasının ikinciləri ilə qarşılaşacaq. B Liqasının üçüncüləri isə C Liqasının ikinciləri ilə üz-üzə gələcək. 4-cü yeri tutan ən yaxşı komandalara gəlincə, D Liqasının ikinciləri ilə pley-off oyunlarında şanslarını sınayacaq. Bu pley-off mərhələsinin qalibləri daha yüksək liqaya, məğlublar isə aşağı liqaya düşəcək.
Siyahını təqdim edirik: