Millimizin sabiq üzvü Əli Qurbaninin yeni komandası bəlli olub.
Offsideplus.az xəbər verir ki, forvard karyasını İranda davam etdirəcək. Hücumçu "Qol Qoxar" klubu ilə rəsmi müqavilə imzalayıb. Bu barədə Əli Qurbani rəsmi instaqram hesabında paylaşım edib.
Qeyd edək ki, hücumçu son olaraq İranın "Paykan" klubunda çıxış edib. Əli Qurbani Azərbaycan millisinin heyətində 8 qarşılaşmada meydana çıxıb. Lakin fərqlənə bilməyib.