Dünən AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. 

Offsideplus.az xəbər verir ki, tədbirdə "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov iştirak etməyib. 

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev bunun səbəbini açıqlayıb:

"Qurban Qurbanov öz xahişi ilə iclasda olmadı. Qurbanov əvvəllər milliyə baş məşqçilik etdiyi üçün bu məsələnin həssaslığını nəzərə alaraq iştirak etmək istəmədi. Biz də bunu müsbət qarşıladıq”.

Qeyd edək ki, komitənin iclasında Santuşla 3+1 illik müqavilənin imzalanması qərara alınıb.