Lionel Messi "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runi haqda maraqlı fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, bu haqda "Mançester Yunayted Forever" dərgisi məlumat yayıb. "İnter Mayami"nin forvardı bunları söyləyib:

"Mən Runiyə hər zaman böyük hörmətlə yanaşmışam. Öz zamanın ən yaxşı ingiltərəli futbolçularından biri idi. İstənilən Avropa klubunda onu görmək olardı. Bir çox klubda çıxış edərək komandanın güclənməsinə kömək ola bilərdi".

Qeyd edək ki, Leo 2023-cü ildən MLS təmsilçisinin uğurları üçün çalışır.