"Barselona"nın sabiq müdafiəçisi Jerar Pike keçmiş sevgilisi Şakiraya xəyanət etməsi ilə bağlı suala cavab verib.

Offsideplus.az CNN-ə istinadən xəbər verir ki, veteran futbolçu bunları söyləyib:

"Nəhayət, deyə bilərəm ki, həqiqət tam olaraq ifadə edilmir. Onunla münasibəti idarə edə bilmirəm. Mənim ətrafımdakı insanlar bilirlər ki, necə biriyəm. Hər kəs mənim xasiyyətimi yaxşı bilir".

Qeyd edək ki, Pike hazırda Klara Çia Marti ilə münasibətdədir.