"Real" Valensiya əyalətində baş vermiş daşqınlardan zərər çəkən insanlara 1 milyon avro ianə edib.
Offsideplus.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Mətbuat xidməti bunları söyləyib:
"Real" kompaniya çərçivəsində 1 milyon avro məbləğində ianə edəcək və dəstək fövqəladə vəziyyətlərdə olan çoxsaylı ailələrə yardıma yönələcək".
Qeyd edək ki, "Dana" qasırğası nəticəsində yüzlərlə insan həyatını itirib.