La Liqa nəhəngi "Real" "Barselona"nın futbolçusu Lamin Yamala qarşı baş verən irqçiliyə biganə qalmayıb

Offsideplus.az xəbər verir ki, sosial şəbəkələrdə 17 yaşlı futbolçunun Santiaqo Bernabeuda bəzi azarkeşlər tərəfindən istehza olunduğunu əks etdirən videolar yayılıb.

"Kral klubu" irqçilik, ksenofobiya və ya zorakılıq aktlarını qətiyyətlə pislədiyini və bir neçə azarkeşin söylədiyi təhqirlərə görə dərindən təəssüfləndiyini bildirdi. Eyni zamanda səbəbkarların tapılmasında kömək ediləcəyini də qeyd etdilər.