"Real" 2 ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi La Liqanın 9-cu turunda "Vilyarreal"la qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin "Real"ın heyətində Vinisius Junior və Dani Karvaxal zədələnib.

İspaniyalı müdafiəçinin durumu ağırdır. Onun mövsümü qapatdığı bildirilir.