"Lion"dan ayrılan Jorj Mikautadze karyerasını İspaniyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, "Vilyarreal" gürcüstanlı futbolçunu heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniya klubu onun üçün 30 milyon avro ödəyəcək.
Mikautadze ötən ilin yayında "Lion"a qoşulmuşdu. O, burada 49 oyuna 18 qol vurmağı bacarıb.



