İngiltərəli ulduz futbolçu Trent Aleksandr Arnold bu mövsümün sonunda 20 illik “Liverpool” karyerasına son qoyacaq.
Offsideplus.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid” rəhbərliyi müdafiəçi və klubu ilə artıq anlaşma əldə edib. O, mövsümün sonunda İngiltərə nəhəngindən ayrılaraq Madrid təmsilçisinə qoşulacaq. 26 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanacağı və onun illik maaşının təxminən 15 milyon avro olacağı bildirilir. “Liverpool” rəhbərliyi daha əvvəl Arnolda müqaviləni uzatmağı təklif etsə də, o bu təklifi qəbul etməmişdi.
Qeyd edək ki, son günlərdə Mersisayd təmsilçisinin Jeremi Frimpong ilə danışıqlar apardığı bildirilirdi.