"Barselona" rəhbərliyi cari mövsüm zəif təsir bağışlayan Ansu Fatini transferə çıxaracaq. 

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İddialara görə, Fati Kataloniya klubunun məşqçi korpusunun planlarına daxil deyil. Bu səbəbdən "Barselona" öz yetirməsinin yayda satmağa çalışacaq.

22 yaşlı hücumçunun klubla müqaviləsi 2027-i ilin yayınadək nəzərdə tutulub. O, bu mövsüm "Barselona"da cəmi 8 oyuna çıxıb və rəqib qapılarına yol tapa bilməyib.

Buna baxmayaraq, Fati klubda ən çox məvacib alan 3-cü futbolçudur. Gənc futbolçunun maaşı həftəyə 378 min, ilə isə 15 milyon 202 min ABŞ dolları təşkil edir.

BU DA MARAQLIDIR:

La Liqa futbolçularının dodaquçurdan məvacibləri - SİYAHI