Fransalı futbolçu Antuan Qrizman mövsümün sonunda "Atletiko"nu tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı dünya çempionu ailəvi səbəblərə görə Avropadan ayrılıb Amerikada çıxış etməyi planlaşdırır. O, artıq "Los Anceles" klubu ilə danışıqlara başlayıb.
Madrid klubu onun gedişinə mane yaratmayacaq.
Qrizman ümumilikdə 9 mövsümdür ki, "Atletiko"nun formasını geyinir. O, klub tarixinin ən çox qol vuran oyunçusudur.