Pep Qvardiola “Qızıl top”un sahibi Rodrinin “Real Madrid”ə mümkün keçidinə açıqdır.
Offsideplus.az xəbər verir ki, lakin bu hal yalnız çox konkret şərtlər daxilində mümkündür.
Məlumata görə, “Mançester Siti” Madrid klubunun israrı olacağı təqdirdə, Federiko Valverde və Rodriqonun əvəzində Rodrinin transferini nəzərdə tutan böyükmiqyaslı barter variantını dəyərləndirə bilər.
Qeyd edək ki, Rodrinin “Mançester Siti” ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.


