"Zirə" Konfrans Liqasının pley-offunda "Omoniya"nı məğlub edib, növbəti raunda yüksəlsə, böyük məbləğdə gəlir əldə edəcək. 

Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun komandası liqa mərhələsinə yüksəlsə, bu raunnda 3,17 milyon avro qazanacaq. 

Cari mövsüm UEFA KL-də liqada hər qələbəyə 400 000 avro, heç-heçəyə isə 133 000 avro verəcək.

Liqada 1-8-ci yerlərdə qərarlaşacaq komanda 400 000 avro, 9-16-cı yerlərin sahibi isə 200 000 avro əldə edəcək.

Qeyd edək ki, "Omoniya" - "Zirə" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.