Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında "Sabah" "Sent-Patriks"ə uduzaraq mübarizəni dayandırdı - 0:1.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin çalışdırıcısı Krunoslav Renduliç mətbuat konfransında iştirak etdi.
Mütəxəssis görüşlə bağlı bunları söylədi:
"Hər şeyi gördünüz. Rəqibə nisbətən daha yaxşı komanda idik. Qırmızı vərəqədən sonra oynamaq çətin idi. Amma buna rəğmən hər şeyə nəzarət edirdik. Hər iki oyunda azlıqda oynadıq. Avrokuboklarda belə oynamaq çox çətindir. Oyunçular çox yaxşı idilər. Onlar çox çalışdılar. Əfsuslar olsun ki, bu gün bizdə alınmadı".