Sabah Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında "Sabah" "Sent-Patriks"lə qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, bu gün oyundan öncə meydan sahiblərinin çalışdırıcısı Krunoslav Renduliçin mətbuat konfransı keçirildi. 

Mütəxəssis oyunla bağlı bunları söylədi:

"İlk matçda məğlub olmuşuq. Bilirik ki, sabah çox ağır oyun olacaq. Şanslar hər iki komanda üçün bərabərdir. Çalışacağıq ki, şansımızdan istifadə edək. Sabah üçün hazırıq. Bəzi çatışmazlıqlarımız var. İvan Lepiniça qırmızı vərəqəyə görə cəzalı durumdadır. Çalışacağıq ki, bunun həllini tapaq. Orada istədiyimiz oyunu sərgiləyə bilmədik. İlk hissədə oyuna nəzarət edirdik. Azlıqda qalandan sonra möhtəşəm performans göstərə bilməzdik. Fakt odur ki, biz uduzmuşuq. İlk oyundan əvvəl də demişdim ki, şanslar 50/50-dir".