Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Azərbaycan klubu "Zirə" səfərdə Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşdı.
Offsideplus.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatdı.
Oyunda "Offside"a düşən maraqlı məqamları diqqətinizə çatdırırıq:
* Oyunu 6-7 azərbaycanlı azarkeş izləyirdi.
* 2-ci dəqiqədə Hacıağa Hacılı sarı vərəqə alan zaman Rəşad Sadıqov çox əsəbiləşdi.
* İlk hissədə "qartallar"ın çalışdırıcısı yunan hakim Aristotelis Diamantopulosun qərarlarına tez-tez etiraz edirdi.
* İkinci hissəsinin əvvələrində hakim ardıcıl 2 epizodda ofsayd qərarını gec verdi. Bu, "Osiyek" azarkeşlərinin etirazına səbəb oldu.
* Petar Pusiç meydanı tərk edəndə məşqçi onunla görüşmədi. Futbolçu sonradan Federiko Koppitelliyə yaxınlaşıb, çiyniyə toxunaraq təşəkkür etdi.
* "Zirə"nin qolunun müəllifi Rafael Utziq 28 yaşını qeyd edirdi. O, fərqlənərək özünə doğum günü hədiyyəsi etdi.