Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"ın rəqibi olan “Sent-Patriks” qeyri-adi durumla üzləşib.
Offsideplus.az xəbər verir ki, komanda İrlandiya Premyer Divizionunun 27-ci turunda "Qoluey"lə qarşılaşacaq. "Bayquşlar"ın rəqibi görüşün təxirə salınması üçün federasiyaya müraciət edib. Lakin qurum qərarın "Qoluey Yunayted" rəhbərliyinin verilməsini istəyib. "Qəbilə üzvləri" isə təklifi rədd edib.
Qeyd edək ki, avqustun 8-də keçiriləcək “Sent-Patriks” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.