“Sabah” klubunun baş məşqçisi Murad Musayev azarkeşlərə müraciət edib.
Offsideplus.az xəbər verir ki, rusiyalı mütəxəssis tərəfdarları Bakıda Serbiya "Partizan"ına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda komandasına dəstək olmağa çağırıb.
Xatırladaq ki, avqustun 10-da "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.