Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Neftçi” də cavab oyununa çıxıb.

"Ağ-qaralar" Avstriyada “Rapid”lə üz-üzə gəlib. Bakıda 2:1 hesablı qələbə qazanan Bakı klubu cavab görüşündə 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb

Qeyd edək ki, bu mərhələni keçən "Rapid" pley-offda “Vaduts”la qarşılaşacaq. Pley-off avqustun 18-də və 25-də keçiriləcək.

11 avqust

Konfrans Liqası

III təsnifat mərhələsinin cavab oyunu

22:30. “Rapid” (Avstriya) – “Neftçi” (Azərbaycan) 1:0

Qol: Qrüll, 67
Baş hakim: Rahit Saqqi (Norveç)
Vyana. “Veststadion”
İlk oyun – 1:2

Qollar və ən maraqlı anlar Teleqram kanalımızda: