“Birinci hissədə yaxşı çıxış etmədik, futbol oynamağa çalışmadıq".
Offsideplus.az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"yə qarşı oyunda fərqlənən "Rapid"in futbolçusu Qvido Burqştaller deyib. 33 yaşlı hücumçu son dəqiqələrdə qol vurmağın vacib olduğunu bildirib:
"Birinci hissədə özümüzü çox çətin vəziyyətə salırdıq. Ancaq sevindirici məqam odur ki, son dəqiqələrdə qol vura bildik. Bu çox vacib idi. Çətin olsa da, hər şey cavab matçı üçün hələ də açıq qalır. Evə 0:2 hesabı ilə qayıtmaq çox acı olardı. İndi cavab görüşündə yaxşı performans göstərməliyik. Bunu bacaracağımızı bilirik".
Qeyd edək ki, "Neftçi" - "Rapid" matçı 2:1 hesabıyla başa çatıb. Cavab oyunu avqustun 11-i Avstriyada olacaq.