"Qarabağ" klubunun futbolçusu Abdullah Zubir Fransada "Marsel"ə qarşı keçirəcəkləri UEFA Avropa  Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı fransalı futbolçu sabahkı görüşlə bağlı bunları deyib:

"Üç ildən sonra yenidən Fransada oynayacağım üçün məmnunam. "Marsel" xüsusi klubdur. Ümid edirəm ki, hər şey yaxşı olacaq".

Xatırladaq ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.