Bu gün Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin cavab görüşləri çərçivəsində daha 3 görüş keçirilib.

Offsideplus.az xəbər verir ki, günün ilk matçı Qubada baş tutub. Yerli komanda "Ordu"ya məğlub olub və mübarizəni dayandırıb. "Ordu" 1/4 finalda "Neftçi" ilə üz-üzə gələcək.

Digər 2 matç isə Bakıda baş tutub. NTD və "Abşeron" komandaları arasında keçirilən matçda birincilər qalib gəlib və ümumi hesab bərabərləşib: 1:1. Günün son matçı isə saat 21:00-da başlayıb. "Sərhədçi" "Sumqayıt"a məğlub olub (ümumi hesab - 1:1).

Qeyd edək ki, 2 qələbəyə ən tez çatan komanda növbəti mərhələyə yüksəlir. Daha öncə "Gəncə" pley-indən qalib ayrılıb və 1/4 finalda "Şəki"yə rəqib olub.

14 aprel, Pley-in

14:00 "Quba" - "Ordu" 88:92 (20:28; 19:22; 21:28; 28:14)

Quba OİK

Seriyada hesab: "Quba" - "Ordu" 0:2

18:00 NTD - "Abşeron" 67:63 (20:15; 22:21; 8:16; 17:11)

Sərhədçi İdman Mərkəzi

Seriyada hesab: NTD - "Abşeron" 1:1

21:00 "Sərhədçi" - "Sumqayıt" 97:100 (23:32; 18:22; 27:19; 29:27)

Sərhədçi İdman Mərkəzi

Seriyada hesab: "Sərhədçi" - "Sumqayıt" 1:1

Xatırladaq ki, "Gəncə" pley-ində "Lənkəran"ı 2:0 hesabı ilə məğlub edərək, artıq 1/4 finala yüksəlib.