Aprelin 13-də Slovakiyada keçirilən Avropa çempionatına yekun vurulub.
Offsideplus.az xəbər verir ki, turniri Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl; Eldəniz Əzizli (55 kq) gümüş; Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medalla başa vurub. 3 qızıl, 1 gümüş və 2 bürünc medalla Yunan-Roma güləşi üzrə milli komandamız 151 xalla komanda hesabında lider olub və Avropanın ən güclüsü adını qazanıb.
Bununla da yunan-Roma güləşi üzrə milli komandamız 2-ci dəfə Avropa çempionu olub.
Xatırladaq ki, daha öncə sərbəst güləş üzrə millimiz də qitə çempionu olmuşdu..