UEFA Avropa Konfrans Liqasının rəsmi tvitter səhifəsi "Qarabağ"ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib.

Offsideplus.az xəbər verir ki, postda Ağdam klubunun Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub etdiyi qrup mərhələsinin II tur oyununda braziliyalı oyunçunun vurduğu baxımlı qolun videosu yerləşdirilib və izləyicilərə "Uzaq məsafədən vurulmuş hansı qol daha yaxşıdır?" sualı ünvanlanıb.