UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin oyunlarında həftənin qolu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, qurumun saytında keçirilən səsverməyə əsasən "Qarabağ"ın futbolçusu Kadi Borgesin H qrupunda dünən səfərdə Kipr "Omoniya"sının qapısına vurduğu qol birinci olub.

Qeyd edək ki, braziliyalı futbolçu 52-ci dəqiqədə Ağdam təmsilçisinin bərabərlik qolunu vurub - 1:1. Görüş "Qarabağ"ın 4:1 hesablı qələbəsiylə yekunlaşıb.