UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod"u (İsrail) mübarizədən kənarlaşdıran "Qarabağ"ın növbəti mərhələdəki rəqibi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin turnirin 3-cü təsnifat mərhələsindəki rəqibi “Vlajnia”nı (Albaniya) mübarizədən kənarlaşdıran Kiprin AEL klubu olub.
“Qarabağ” kiprlilərlə ilk matçı avqustun 5-də səfərdə, cavab oyununu 1 həftə sonra Bakıda keçirəcək.