Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçiləri də bu gün meydana çıxıb. "Qarabağ" səfərdə "Aşdod"la qarşılaşıb. Bakı vaxtı ilə saat 21:00-da start götürən qarşılaşmanı serbiyalı hakimlər briqadası idarə edib. Rəqibinə 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi növbəti mərhələyə adlayıb. III təsnifat mərhələsində Ağdam təmsilçisinin rəqibi AEL (Kipr) / “Vlajnia” (Albaniya) cütünün qalibi olacaq. "Qarabağ" ilk oyununu səfərdə keçirəcək.

Ölkə kubokunun qalibi "Keşlə" doğma meydanda Rusiyanın "Soçi" klubunu qəbul edib. "ASK Arena"dakı qarşılaşma saat 20:00-da start götürüb. Belarusdan olan referi Viktor Şimusikin idarə etdiyi matç "Keşlə"nin 4:2 (ümumi: 7:2) hesablı məğlubiyyəti ilə başa çatıb.

Son mövsümün bürünc mükafatçısı "Sumqayıt" isə doğma meydanda Serbiyanın "Çukariçki" komandası ilə üz-üzə gəlib. "Gənclik şəhəri" təmsilçisi Belqraddakı görüşdə qolsuz heç-heçəyə razılaşmışdı. "Kapital Bank Arena"dakı oyun Serbiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da, "Keşlə" və "Sumqayıt" komandaları avrokuboklardakı mübarizəsini dayandırıb.

29 iyul

UEFA Konfrans Liqası

20:00. "Keşlə" (Azərbaycan) - "Soçi" (Rusiya) 2:4 (F.Santos, 35. R.Hacıyev, 52 - M.Duqandziç, 21. N.Burmistrov 38. D.Proxin, 70, M.Duqandziç, 82. )

Baş hakim: Viktor Şimusik (Belarus)

Bakı. "ASK Arena".

İlk oyun - 0:3

20:00. "Sumqayıt" (Azərbaycan) - "Çukariçki" (Serbiya) 0:2 (Ndiaye Mame, 11. Doçiç, 16 pen.)

Baş hakim: Yorgen Burxardt (Danimarka)

Sumqayıt. "Kapital Bank Arena"

İlk oyun - 0:0

21:00. "Aşdod" (İsrail) - "Qarabağ" (Azərbaycan) 0:1 (F.Ozobiç, 6)

Baş hakim: Novak Simoviç (Serbiya)

Aşdod. "Aşdod" stadionu.

İlk oyun - 0:0