Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsində IV tura start verilib.
Offsideplus.az xəbər verir ki, günün yeganə matçı Türkiyənin İstanbul şəhərində keçirilib.
"Başakşehir" doğma meydanda Moldova təmsilçisi "Petrokub"la "1-1" hesablı bərabərə qalıb. Ev sahibləri oyunun 42-ci dəqiqəsində Krizistof Piatekin dəqiq penalti zərbəsi ilə önə çıxsalar da qələbəni son saniyələrdə əldən veriblər. Qonaqların heyətində 90+6-cı dəqiqədə İon Borş fərqlənərək hesaba tarazlıq gətirib.