Özbəkistanda keçirilən şahmat üzrə “UzChess Cup” adlı ənənəvi beynəlxalq turniri start götürüb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov ən güclülərin yarışdığı “Masters” bölümündə çıxış edir. Birinci turda şahmatçımız hindistanlı Vidit Santoş Gujrathiyə qalib gələrək yarışda ilk xalını qazanıb.
Qeyd edək ki, turnirin “Challenge” bölməsində Azərbaycanı iki şahmatçı – Eltac Səfərli və Məhəmməd Muradlı təmsil edir. Onların yarışında birinci turun partiyaları bu gün oynanılacaq.
Altı ölkənin qatıldığı beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq.


