Bu gün ABŞ-nin Mayami şəhərində FIFA İcraedici Futbol Sammiti keçirilir.
Offsideplus.az xəbər verir ki, tədbirdə AFFA-nı prezident Rövşən Nəcəf və baş katib Cahangir Fərəcullayev təmsil edirlər.
Məlumatı AFFA-nın mətbuat xidməti yayıb.
Tədbir iştirakçılarına 2026-cı ildə keçiriləcək dünya çempionatına hazırlıq, klublararası dünya çempionatı, eləcə də, gələcək layihələr haqqında məlumat verilib.
Qeyd edək ki, hazırda ABŞ-da klublararası dünya çempionatı yeni formatda keçirilir.