Qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib.
Offsideplus.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində iki gün çəkən məşğələlərə təlimatçı Faiq Əzizov rəhbərlik edib.
Tədbirin ilk günündə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və təhsil şöbəsinin rəhbəri Aslan Kərimov da iştirak ediblər.
Kurs fasilələrlə 1 il davam edəcək.
Məşqçi kurslarına Azərbaycan yığmasının sabiq üzvü, hazırda əsas milli komandada qapıçılar üzrə məşqçi işləyən Kamran Ağayev və "Neftçi"nin keçmiş qapıçısı Hüseyn Məhəmmədov da qatılıblar.