İspaniya kubokunun yarımfinal mərhələsində ilk görüşünə çıxan Madrid "Real"ı "Rel Sosyedad"la səfər matçında xoşagəlməz hallar yaşayıb.

Offsideplus.az xəbər verir ki, San-Sebastyan şəhərində keçirilən oyunda yerli azarkeşlər irqçilik nümayiş etdiriblər.

"Kral klubu"nun əsasən 2 futbolçusu - Vinisius Junior və Raul Asensio təzyiqlərə məruz qalıb. "Real Sosyedad" azakeşləri tribunalarda meymun jestlərini göstərərək, Vinisiusu özündən çıxarmağa çalışıblar. Hətta ilk dəfə "Real"ın kapitanı sarğısını daşıyan braziliyalı hücumçu baş hakimə yaxınlaşaraq, oyunun dayandırılıb, irqçi faktların qeyd edilməsinə nail olub.

Raul Asensio isə təzyiqlərə tab gətirə bilməyib. Birinci hissədə azarkeşlərdən "Asensio, öl!" şüarını eşidən futbolçu fasilədə əvəzlənib.

"Asensionu 2 səbəbdən başqa oyunçu ilə dəyişdim: təhqir və sarı vərəqə. Heç kim ona "öl" qışqırılmasını sevmr. O, şoka düşmüşdü. Fasilədə əvəzləmə etməyi lazım bildim, çünki birinci hissədə baş verənlər onun oyununa təsir göstərə bilərdi" - deyə "Real"ın baş məşqçisi Karlo Ançelotti qarşılaşmadan sonra keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, oyun Madrid təmsilçisinin 1:0 hesblı qələbəsi ilə yekunlaşıb.