Azərbaycanlı futbolçu Mahir Emreli bu gün şərəfini qoruduğu "Nürnberq" klubunun heyətində meydançaya çıxa bilməyib.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı hücumçu Almaniyanın 2-ci Bundesliqasının XXIII turunda "Ulm" komandasına qarşı görüşdə lazım olmayıb. "Nürnberq"in baş məşqçsi Miroslav Kloze həmvətənimizin adını heç oyunun protokoluna da daxil etməyib.
Təbii ki, bu, son vaxtlar Mahirin qeyri-sabit çıxışı, fikrini cəmləyə bilməməsi ilə birbaşa əlaqədardır. İddialara görə, "Nürnberq"də daima oynaya bilməyən Emreli Cənubi Koreyanın "Seul" klubundan təklif alıb. Almaniyadakı durumdan narazı qalan hücumçu hətta son məşqləri də buraxıb.