"Mançester Siti"nin futbolçusu Rodri "Qızıl top" mükafatını qazanmaqla uğursuz bir seriyaya son qoymağı bacarıb.
Offsideplus.az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Mənbəyə görə, Rodri ispaniyalıların 64 illik həsrətinə də son qoyub. 1960-cı ildən sonra ilk dəfə mükafatı sözügedən ölkədən olan futbolçu qazanıb. Həmin vaxt "Barselona"nın yarımmüdafiəçisi Luis Suares ən yaxşı olub.


