"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand İngiltərə nəhəngində komanda yoldaşı olmuş Kristiano Ronaldo haqda maraqlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, Rio podkastında bunları söyləyib:
"Onunla 7 nömrəli formanı geyindiyi üçün zarafatlaşırdıq. Çünki Ronaldo 7 nömrəli formanın əvvəllər Devid Bekhemə məxsus olduğunu bilirdi. O, əhvalı pis olanda özünü itirirdi. Kristianonu tez-tez ələ salırdıq. Bizim etdiyimiz sıxma- boğma kimi görünə bilər. Amma bu, yalnız onu sərtləşdirmək, inkişafına yardımçı olmaq cəhdi idi".
Qeyd edək ki, Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted"in şərəfini qoruyub.