VAR-ın (video-köməkçi hakim) səlahiyyətləri artırıla bilər.
Offsideplus.az xəbər verir ki, futbol qaydalarını idarə edən şəxslər VAR-ın səlahiyyətlərinin artmasını təklif edib. Bu barədə "The Times" nəşri məlumat yayıb. Xəbərə görə, bundan sonra aşağıdakı epizodlarda da VAR-a müraciət olunacaq:
1. Cərimə zərbəsi təyini zamanı;
2. Küncdən zərbələr;
3. İkinci sarı vərəqə verilməsi.
Qeyd edək ki, video-köməkçi hakim 2018-ci ildən qüvvədədir.