Azərbaycanda ilk dəfə "Red Bull Yağlı Dirək" yarışı keçirilib. 

 Offsideplus.az xəbər verir ki, Pirallahıda yerləşən Nərəkənd parkında baş tutan yarışda Emin Orucov bayrağa çataraq götürməyi və birinciliyi qazanmağı bacarıb. 50-ci nömrəli iştirakçı olan qalib Emin 1000 azn pul mükafatı əldə edib.

Red Bull Yağlı Dirək yarışında 1-ci yerin qalibi Emin Orucov:

“Qalib gəlməyimin əsas səbəbi sürət və qaçarkən ancaq bayrağa fokuslanmağım oldu. Dirəyin üzərində olarkən bütün fikrim bayraqda idi. Kənarlara baxsaydım və ya tərəddüd etsəydim, bəlkə də yıxılardım. Birinci olduğum üçün çox xöşbəxtəm.”

Ümumilikdə 111 nəfərin mübarizə apardığı Red Bull Yağlı Dirək yarışında 2-ci və 3-cü yerləri müəyyən etmək üçün ikinci raund da keçirilib. Bu raundda isə iştirakçı Emil Kiçibəyov 2-ci, Elvin Qarayev isə 3-cü yerin qalibləri olub. Onlar müvafiq olaraq 500 və 250 azn pul mükafatı qazanıblar.

3 saat davam edən yarışda iştirakçılar bayrağı götürmək üçün sona qədər mübarizə aparıblar. 11 metrlik yağlı dirəyin üstündə qaçmaq isə həm tamaşaçılar həm də iştirakçılar üçün həyəcanlı və əyləncəli anlarla yadda qaldı.

 

WhatsApp Image 2023 07 24 at 12.12.46 1