Red Bull Half Court yarışının “Öz meydançanı yarat” unikal layihəsi ənənəvi monoton boz çalarları olan basketbol meydançasını heyranedici rənglərlə əvəz edəcək. Sən də layihəyə qoşul və ağlında olan fərqli ideyalarla basketbol meydançasını canlandır.
Offsideplus.az xəbər verir ki, bunun üçün qeydiyyatdan keçə (RedBull.az/HalfCourt), istədiyin kimi basketbol kortu yarada və qalib ola bilərsən. Sənin hazırladığın dizayn dünyanın ən böyük basketbol yarışı olan Red Bull Half Court-un bir hissəsi olacaq. Bu əvəzolunmaz təcrübəni yaşamaq üçün meydança səni gözləyir.
Qeydiyyatdan keçdikdən sonra sənə dizaynını yaratmaq üçün müxtəlif rəng tonları, həndəsi naxışlar, hətta Red Bull Half Court yarışının tərəfdaşı olan Bank VTB Azərbaycanın loqosu təqdim olunacaq. İstədiyin rəng çalarını seç və ağlında olan ideyanı yaratmaq üçün iyulun 23-nə kimi göndər.
Təqdim olunan dizaynlar arasında ən fərqli və unikal olanı isə münsiflər heyəti seçəcək.
Bu həyəcana qoşulub qalib olmaq və özünlə qürur duymaq istəyirsənsə o zaman elə indi qeydiyyat linkinə daxil ol və öz basketbol meydançanı yaratmağa başla.
QEYDİYYAT: Öz Meydançanı Yarat (redbull.com)