“Qarabağ” klubunun prezidenti Tahir Gözel əvəzedici komandanın üzvü Şirxan Həsənzadənin vəfatı ilə bağlı onun yaxınlarına və eləcə də bütün futbol ictimaiyyətinə başsağlığı verib.
Offsideplus.az xəbər verir ki, funksioner klubun rəsmi saytına açıqlamasında bunları deyib:
“Gənc futbolçumuz Şirxan Həsənzadənin ölüm xəbəri məni çox məyus etdi. Hadisə baş verən gündən Şirxan Həsənzadəni diqqətdə saxlayırdıq. Mən də Şirxanın durumu ilə mütəmadi maraqlanırdım. Təəssüf ki, ötən gün acı xəbər aldıq. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, gənc yaşda aramızdan ayrılır. “Qarabağ” ailəsi olaraq çox kədərliyik. Şirxanın ailəsinə, qohumlarına, yaxınlarına, azarkeşlərimizə və bütün futbol ictimaiyyətinə başsağlığı verirəm. Allah ona rəhmət eləsin, yeri cənnət olsun”.