Bakıda Wings for Life World Run keçirilib.

Offsideplus.az 250 nəfərdən çox şəxsin qeydiyyatdan keçdiyi yarışla bağlı məlumatları təqdim edir:

 
7 may tarixində, saat 15:00-da bütün dünyada eyni anda qlobal qaçış olan Wings for Life World Run keçirildi. Bakıda Dövlət Bayrağı Meydanında baş tutan qaçışda 200-ə yaxın iştirakçı qatıldı.
 
Xeyriyyə məqsədli olan bu qaçışdan əldə olunan bütün vəsait onurğa beyni problemlərinin araşdırılmasına sərf olunur.
 
Qlobal qaçışa biganə qalmayanlar hətta komanda yaradaraq qoşuldular. Qaçış isinmə hərəkətləri ilə başladı. Hər kəs start nöqtəsində öz yerini almağa tələsdir. Vəəə 15:00 START!
Komandalar arasında Braziliyanın ölkəmizdəki səfirliyi, başda fövqəladə və səlahiyyətli səfir cənab Manuel Monteneqro olmaqla, Japan Tobacco İnternational şirkəti, Veysəloğlu şirkəti, Pepsico şirkəti və bir sıra digər yerli və xarici şirkətlər komanda şəklində dünya qaçışına qoşuldular.

 

 
 
 
Maraqlı iştirakçılardan biri isə italiyalı Dino Bonelli idi. Belə ki, jurnalist olan Dino Wings for Life World Run yarandığı gündən, yəni 2014-cü ildən bu yana bütün qaçışlarında iştirak edib. Qlobal qaçışın 10-cu ildönümündə isə o məhz Bakını seçib.
 
İtaliyadan ölkəmizə gələn Bonelli tək deyil, komanda yaradaraq xeyriyyə qaçışında iştirak etdi.
 
Mənim üçün bu qaçış çox önəmlidir. Onun məqsədi və bütün dünyada insanları birləşdirməsi inanılmaz hisslərdir. Ona görə də, hər il iştirak edirəm və bu il də Bakıda olmaqdan çox sevincliyəm.
Dino Bonelli iştirakçı
Dino Bonelli
Wings for Life World Run-ın unikal tərəfi odur ki, burada start xəttini hər iştirakçı özü müəyyən edir. Həmçinin nə qədər qaçmaq istədiyini də. Əsas olun bütün dünya ilə eyni anda qaçmaqdır.
 
 
Əgər bu il Wings for Life World Run-a qoşula bilmədinsə, təssüflənmə. Növbəti il eyni saatda və gündə görüşərik.