“Mançester Yunayted”in futbolçusu Markus Reşford “Aston Villa”nın qadın futbolçusu Alişa Lehmanı gecə klubunda onu narahat edənlərin əlindən xilas edib.
Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, "İnstaqram"da 13 milyondan çox izləyicisi olan Alişa Lehman İngiltərədə yaşadığı bir tədbirlə gündəm olub.
“Aston Villa”da çıxış edən qadın futbolçu Lemann ötən ay əylənmək üçün gecə klubuna gedib. Həmin gecə bir qrup dəstə 24 yaşlı futbolçunu narahat etməyə başlayıb.
Vəziyyəti belə görən Reşford işçilərdən Lehmanı onun olduğu VİP bölməyə gətirmələrini istəyib və təcavüzkarların qarşısını alıb.
Hadisə şahidi həmin anları belə təsvir edib: "Markus Lehmanı onlara qoşulmağa dəvət etdi. Onların ilk görüşü idi, lakin o, Alişanın kim olduğunu bilirdi. Bir az söhbət etdilər. Daha sonra Alişa ona təşəkkür etdi və əyləncəyə davam etdilər".