"Qarabağ" Rusiya "Krasnodar"ına satdığı futbolçusu Kadi Borgeslə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında paylaşım olunub. Ağdam təmsilçisi braziliyalı yarımmüdafiəçiyə təşəkkür edib və ona uğurlar arzulayıb:
"Kadi Borgesə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq. Təşəkkürlər, Kadi!"
Xatırladaq ki, ötən gün "Krasnodar" braziliyalı oyunçu ilə 2026-cı ilin yayınadək müqavilə imzalayıb.
Qeyd edək ki, Kadi 2021-ci ildən "Qarabağ"da çıxış edirdi. O, cari mövsüm 31 oyunda 8 qol vurub və 11 məhsuldar ötürmə edib.