AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan yeni təyinat alıb.
Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin IV turu üzrə keçiriləcək "Trabzonspor" - "Monako" matçında UEFA Matç direkroru (UEFA Venue Director) vəzifəsində çalışacaq.
Qeyd edək ki, oktyabrın 13-də Türkiyədə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.